Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:53 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini-xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini-xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
06:09 05.09.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirdi və bunun ölkələrimizin regional əməkdaşlığının möhkəmləndirilməsi işinə xidmət etdiyini dedi. Azərbaycan Prezidenti bu formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlətimizin başçısı ümumilikdə əlaqələrimizin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığımızın genişləndiyini vurğuladı.

Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidze, ilk növbədə, ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu dedi. İkitərəfli əlaqələrin fəal surətdə inkişaf etdiyini vurğulayan Mixeil Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu bildirdi. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM