05 Sentyabr 2017 05:09
227
Təhsil
A- A+

Məktəblərdə yeni dərs ilinin ilk məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcıdır” mövzusuna həsr ediləcək

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əmrə əsasən, ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumtəhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər. Bundan əlavə, həmin dərslərdə Aprel döyüşlərində Azərbaycan Ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsini təmin etsinlər, həmçinin ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçılarının və əmək veteranlarının, ədəbiyyat və incəsənət xadimlərinin, rayon (şəhər) təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələrinin, sabiq məzunların iştirakını, ilk dərslərin yerli KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video