02 Sentyabr 2017 11:09
366
Səfərlər
A- A+

Lənkəranda “Xəzər Palace” otel kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Lənkəranda inşası yeni başa çatan “Xəzər Palace” otel kompleksi ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks təkcə Lənkəran üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.

Dövlətimizin başçısı “Xəzər Palace” otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, otel kompleksi iki hektar sahədə inşa edilib. Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. Binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilib. Otuz doqquz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Qeyd olundu ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunublar. Otel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Burada balacalar üçün müxtəlif əyləncə və idman sahələri qurulub. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.

“Xəzər Palace” otel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Otel kompleksinin ərazisində, həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video