31 Avqust 2017 12:08
804
Oxucu məktubları
A- A+

Zamanın nəbzini tutanlar

 

Rayonumuzda çalışan sahibkarlar da dövlət tərəfindən dəstək alır və indi daha çox ixracyönümlü məhsul istehsalını artırmağa xüsusi önəm verirlər.

Belə məhsullar sırasında xurma xüsusi yer tutur və əsasən Rusiyaya ixrac edilir. Bu da təsadüfi deyil. Həmin ölkədə onun yaxşı alıcısı var.

Seydimli kəndində yaşayan fermer Vahid Musayev deyir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan zamanın nəbzini tutmağı, bazara rəqabətqabiliyyətli məhsul çıxarmağı bacarmalıdır. Bu baxımdan Tərtər xurması artıq xarici bazarlarda tanınır. Odur ki, xurma bağlarını tədricən genişləndirir, ağaclara daha yaxşı qulluq edir, daha dadlı məhsul yetişdirməyə çalışırıq. Axı, yaxşı məhsulun alıcısı da çox olur.

Rayonun Düyərli kəndində yaşayan Fikrət Məhərrəmov, Qarağacı kəndində yaşayan Natiq Musayev və bir çox başqaları da xurma bağlarında bol və dadlı meyvələr yetişdirməkdə yaxşı təcrübəyə malikdirlər. Belə işgüzar insanların əməyi sayəsində keçən il rayon üzrə 3236,6 ton xurma tədarük olunub. Bu il həmin rəqəmin daha da artacağı gözlənilir.

Başqa bir misal. Keçən il “CTS Aqro” MMC Tərtər pambıq istehsalı və tədarükü məntəqəsi fermerlərlə 515 hektar sahədə pambıq əkib-becərmək üçün müqavilə bağlamışdı. Müqaviləyə əsasən tarlalar dərmanlananda, kultivasiya çəkiləndə həm texnika sarıdan, həm də gübrə və pestisidlərin çatdırılmasında onlara lazımi kömək göstərildi. Nəticə pis olmadı.

Bu il həmin rəqəmi iki dəfədən çox artırılıb. Müqaviləyə əsasən Qaynaq, Qazyan, Əksipara, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı və digər kəndlərin fermerləri 1063 hektarda məhsul yetişdirirlər. Onlara yenə də lazımi kömək göstərilir.

İndi tarlalarda becərmə işlərinin son mərhələsidir. Məntəqə də məhsul qəbuluna tam hazırdır. Taya vurmaq üçün 8 meydança hazırlanıb. Burada 40 nəfər işçi çalışacaq.

 

Svetlana BAĞIROVA,

Tərtər rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video