24 Avqust 2017 12:08
207
Fərmanlar
A- A+

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 7, maddə 486, № 9, maddə 1044; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251,

№ 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 565, №5, maddə 809) aşağıdakı dəyişikliklər edilsin:

1.         4-cü hissədə “572” rəqəmləri “640” rəqəmləri ilə əvəz edilsin.

2.         Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” üzrə:

2.1.      1.1-ci bəndin ikinci cümləsində:

2.1.1. “ASAN xidmət” sözlərindən sonra “və “ASAN Kommunal” sözləri əlavə edilsin;

2.1.2. “dövlət orqanlarının” sözləri birinci halda “mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra - dövlət qurumları)” sözləri ilə, ikinci halda “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin;

2.2.      2.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.7-ci, 3.1.1-ci, 3.1.4-cü, 3.1.6-cı, 3.1.10-cu, 3.1.10.1-ci, 3.1.10.3-cü (hər iki halda), 3.1.10.4-cü, 3.1.10.5-ci (hər iki halda), 3.1.11-ci, 3.1.12-ci, 3.1.13-cü, 4.1.2-ci, 4.1.3-cü (hər iki halda), 4.1.6-cı, 4.1.7-ci (hər iki halda), 4.1.8-ci və 5.5.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.3.      2.1.6-cı yarımbənddə “dövlət orqanları” sözləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları” sözləri ilə əvəz edilsin;

2.4.      3.1.5-ci yarımbənddə “orqanlara” sözü “dövlət qurumlarına” sözləri ilə əvəz edilsin;

2.5.      3.1.10.1-ci yarımbənddə “orqanlarla” sözü “qurumlarla” sözü ilə əvəz edilsin;

2.6.      3.1.12-2-ci yarımbənddə “təmin etmək” sözlərindən sonra “, bu fəaliyyəti dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirdikdə, əldə olunan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki təminatın yaxşılaşdırılmasına yönəldilməsi üçün Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyənləşdirmək” sözləri əlavə edilsin;

2.7.      3.1.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.22-ci yarımbənd əlavə edilsin:

“3.1.22. “ABAD” publik hüquqi şəxsə münasibətdə təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək.”;

2.8.      4.1.5-ci yarımbənddə “orqanlarından” sözü “qurumlarından dövlət xidmətlərinin, o cümlədən” sözləri ilə əvəz edilsin və “baxış” sözündən sonra “və rəy sorğuları” sözləri əlavə edilsin;

2.9.      5.9.3-cü yarımbənddə “dövlət orqanının” sözləri “qurumun” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 avqust 2017-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video