22 Avqust 2017 09:08
823
Turizm
A- A+

Bu ilin 6 ayında Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlanıb



Bu ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 21,2 faizi Gürcüstan, 15,0 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3 faizi yanvar ayında, 12,8 faizi fevral, 20,4 faizi mart, 15,6 faizi aprel, 17,6 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəliblər.

Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amil olub. Belə ki, Oman vətəndaşlarının sayı 16,0 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 6,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artıb. Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min olub.

2017-ci ilin yanvar-iyun aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə ediblər. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9 faiz, hava nəqliyyatından istifadə edənlərin 47,6 faiz, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5 faiz olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video