20 Avqust 2017 10:08
322
Səfərlər
A- A+

Prezident İlham Əliyev Gədəbəydə limonad zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.

Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib. Bu müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı Almaniyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Qabların doldurulması, qapaqların bağlanması, etiketləmə və paketləmə işlərinin həyata keçirildiyi zavodda istifadə olunan su öz mənbəyini dağlardan götürməklə yüksək keyfiyyət göstəricilərinə malikdir. Lakin su istehsal prosesinə buraxılmazdan əvvəl təkrarən təmizləyici qurğulardan keçirilir. Hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Zavod öz əhatə dairəsini getdikcə genişləndirir. Təsadüfi deyil ki, ərazidə ümumi dəyəri 3,4 milyon manat olan süfrə suları istehsalı zavoduna Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,9 milyon manat güzəştli kredit ayrılıb və zavodun illik istehsal gücü 12,8 milyon litrə çatdırılıb. Süfrə suları istehsalı zavodu müasir tələblərə cavab verən avadanlıq əsasında qurulub. Zavod müxtəlif çeşiddə, o cümlədən 0,5 və 1 litrlik şüşə, həmçinin plastik qablarda süfrə suları istehsal edir. Bu layihənin icrası nəticəsində 40-dək yerli sakin işlə təmin olunub. Zavodda istehsal olunan süfrə suları hazırda Rusiya Federasiyasına ixrac edilir və ərəb ölkələrinə ixracı istiqamətində danışıqlar aparılır. Artıq limonadın İraq Respublikasına ixrac olunması üçün müqavilə bağlanıb. İlkin olaraq müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video