20 Avqust 2017 03:08
375
Səfərlər
A- A+

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

 

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr su yığılan bu anbardan Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətləri çəkilir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, “Şəmkir çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır.

Qeyd edildi ki, 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdi. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.

Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video