Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:50 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin sabiq baş katibi: Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir
BMT-nin sabiq baş katibi: Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir
ANA SƏHİFƏ / PARLAMENT
09:08 15.08.2017

 

Avqustun 15-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, vitse-spiker Valeh Ələsgərov səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına əminliyini bildirdi.

BMT-nin sabiq baş katibi Pan Gi Mun Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini söylədi. Diqqətə çatdırıldı ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə etdi.

Pan Gi Mun bildirdi ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladı. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir etdi və təşəkkürünü bildirdi.

Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu, ötən müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı, əldə edilən nailiyyətləri yüksək dəyərləndirdi. O, Prezident İlham Əliyevin, Milli Məclisin sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini bildirdi.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının böyük hadisə olduğunu dedi. Diqqətə çatdırıldı ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM