15 Avqust 2017 09:08
305
Təhsil
A- A+

Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir

 

 

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin mövzuları aşağıdakılardır: müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; istedadlı uşaqlarla işin təşkili; ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi; şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; məktəblərarası əməkdaşlığın inkişafı.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına sentyabr ayının 20-dən sonra başlanıla bilər.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min (yüz min), fərdi kateqoriya üzrə 10 min (on min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər: ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

Fərdi kateqoriya üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız bir layihə təqdim edə bilər. Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcək.

Təhsil Nazirliyi ilə müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.

Layihə təklifləri avqust ayının 15-dən başlayaraq təqdim edilə bilər. Layihə təklifləri aşağıda qeyd edilən sənədlər doldurulmaqla sentyabrın 10-u saat 18.00-dan gec olmayaraq [email protected] elektron poçtuna göndərilməlidir.

Layihə təklifləri “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır.

Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Müraciət üçün təqdim olunmalı sənədlər:

1) Ümumi təhsil müəssisələri kateqoriyası üzrə

- 1 nömrəli əlavə – ərizə forması

- 2 nömrəli əlavə – layihə təklifinin forması

- 5 nömrəli əlavə – xərclər smetası

- 6 nömrəli əlavə – icra planı

2) Fərdi kateqoriya üzrə

- 3 nömrəli əlavə – ərizə forması

- 4 nömrəli əlavə – layihə təklifinin forması

- 5 nömrəli əlavə – xərclər smetası

- 6 nömrəli əlavə – icra planı

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49, telefon: (+99412) 599 11 55 / 5166

Faks: (+99412) 496 06 47

Email: [email protected]

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video