Alternative content

06:13 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:07 31.07.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Amadou Diko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Amadou Diko Burkina Faso dövlətinin Azərbaycanda səfiri kimi fəaliyyətə başlamasından sevinc hissi keçirdiyini bildirərək dedi: “Sizin kimi şəxsiyyətin yanında ölkəmi təmsil etmək üçün gözəl Azərbaycana səfər etməkdən şərəf duyuram”.

Prezident İlham Əliyev Azərbaycanla Burkina Faso arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, bu baxımdan ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımasının vacib olduğunu dedi.

Dövlətimizin başçısı səfir Amadou Dikonun bu istiqamətdə səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.