Alternative content

23:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
03:07 18.07.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd etdi ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir və biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük. Dövlətimizin başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən Prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirdi. İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan Prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov dedi: “İlk növbədə, icazə verin qardaşınız, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından səmimi salamları və dərin ehtiramı Sizə çatdırım. Mən Bakıya gələrkən o bildirdi ki, Türkmənistan ilə Azərbaycan arasında əlaqələr bu gün fəal şəkildə yüksələn xətlə inkişaf edir və bu inkişaf dinamikası, ilk növbədə, iki dövlət başçısı arasında mövcud olan açıq, səmimi və dostluq xarakteri daşıyan siyasi təmaslara əsaslanır”. Rəşid Meredov qeyd etdi ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir. Bu münasibətlər siyasi, diplomatik dəyərləndirmə baxımından nümunəvi xarakter daşıyır. O vurğuladı ki, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır.

Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.