Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:36 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçiriləcək”
“Nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçiriləcək”
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 18.07.2017

 

“Azərbaycan” qəzetinin 4 iyun 2017-ci il tarixli nömrəsində “İslahat yollarında” rubrikası altında “Yüksək nəticə elmsiz qazanıla bilərmi?/ Kəndlinin aqrar alimdən, alimin isə müvafiq qurumlardan umacağı çoxdur”  sərlövhəli  məqalə dərc edilmişdi.  Məqalədə aqrar sahədə qazanılan uğurlar xatırladılmaqla yanaşı, mövcud problemlərdən, elmi nəzəriyyə və araşdırmaların  kənd təsərrüfatındakı əhəmiyyətindən bəhs olunmuşdu. Gəncədə yerləşən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq, eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat  institutlarındakı  vəziyyət işıqlandırılmış, kəndlinin təcili həllini gözlədiyi məsələlərdən danışılmışdı.

Məqalə Aqrar Elmi və İnformasiya Məsləhət Mərkəzində elm müəssisələrinin rəhbərliyi ilə birgə müzakirə edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham BAYRAMOVun imzası ilə redaksiyamıza daxil olan məktubda bu barədə məlumat verilib. Eyni zamanda  aqrar sahədə  islahatların  sürətləndirilməsi, idarəetmənin və  elmi-tədqiqat institutlarının strukturunun, texniki bazasının təkmilləşdirilməsi haqqında Prezidentin fərman və sərəncamları, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarları əsasında görülən işlərin, institutların yenidən qurulmasının  tarixçəsi  danışılıb. Məktubda daha sonra deyilir:

 

“Son iki il ərzində Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binası tikilib istifadəyə verilmiş, laboratoriyaları müasir avadanlıqlarla təchiz edilmişdir. Heyvandarlıq, Tərəvəzçilik Elmi-Tədqiqat institutları yeni inzibati laboratoriya, Əkinçilik Elmi-Tədqiqat İnstitutu üçün isə yeni laboratoriya binasının tikintisinə, həmçinin Bitki Mühafizə və Texniki Bitkilər ET, Meyvəçilik və Çayçılıq ET institutlarının inzibati laboratoriya binalarında təmir-yenidənqurma işlərinə başlanılmışdır. Bu işlər artıq sona çatmaq üzrədir. Elmi-tədqiqat institutlarının laboratoriyalarını avadanlıqlarla təchiz etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lazımi tədbirlər həyata keçirilmişdir.

İnstitutlarda təsdiq olunmuş mövzu planlarına uyğun olaraq tədqiqat və innovasiyaların tətbiqi üzrə işlər davam etdirilməkdədir. Elmi-tədqiqat institutlarında aparılan tədqiqatların nəticələrinin kənd təsərrüfatı məhsulu istehsalçılarına vaxtında çatdırılması üçün Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi öz regional struktur bölmələri (Regional Aqrar Elm və İnformasiya Məsləhət mərkəzləri) ilə əlaqəli şəkildə ayrı-ayrı sahələr üzrə mütəxəssislərin və fermerlərin iştirakı təmin olunmaqla bölgələrdə seminarlar, tarla günləri, nümayiş-sərgi əkinlərinə baxışlar keçirməklə elmi yeniliklərin və qabaqcıl təcrübənin təbliği istiqamətində fəaliyyət göstərir. Ümumiyyətlə, son dövrlər kənd təsərrüfatı məhsulu istehsalçılarına informasiya məsləhət xidməti göstərilməsinin yeni forma və üsullarının tətbiqinə geniş yer verilir.

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə mütəxəssislərlə kənd təsərrüfatı məhsulu istehsalçıları arasında çevik əlaqələrin yaradılması məqsədilə Quba Regional Aqrar Elm və İnformasiya Mərkəzinin nəzdində pilot “Fermer evi” yaradılıb. Orada mütəmadi olaraq mütəxəssislərlə istehsalçılar arasında görüşlər keçirilir, müzakirələr aparılır və təsərrüfat işçilərinə lazımi məsləhətlər verilir. Bu təcrübə müsbət nəticələr verdiyindən gələcəkdə digər regional mərkəzlərdə də belə “ev”lərin yaradılması nəzərdə tutulur.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna ötən illər ərzində kənd təsərrüfatı heyvanlarının, quşların, balıqların, arıların yeni, yüksək məhsuldar tip və xətlərin yaradılması üzrə seleksiya metodlarının işlənməsi, məhsuldarlığın yüksəldilməsində mütərəqqi texnologiyaların və süni mayalanmanın tətbiqi üzrə tədqiqat işləri həyata keçirilmişdir. Tədqiqat işləri Abşeron, Mil-Qarabağ, Mil-Muğan və Gəncə-Qazax bölgələrində əsasən praktik aparılıb. Həmçinin institutda yeni arı və tut ipəkqurdu cinslərinin, onların  hibridlərinin yaradılması, təsərrüfat-bioloji təmizliyinin qorunub saxlanılması, daha da yaxşılaşdırılması, yüksək məhsuldarlığı təmin edəcək yeni texnologiyaların hazırlanması və istehsalata tətbiqi üzrə tədqiqatlar aparıblar. Yaxın vaxtlarda institutun əməkdaşları yenidən qurulmuş və lazımi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda öz tədqiqat işlərini davam etdirəcəklər.

Məqalədə “Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrinin zəbt edilərək başqa məqsədlər üçün istifadə edilməsi səbəbindən alimlərin başladıqları tədqiqat işlərini başa çatdıra bilməmələri” barədə fikir ifadə olunmuşdur. Bununla bağlı bildiririk ki, həqiqətən də keçmiş illərdə belə hallar baş vermiş, lakin hazırda institut rəhbərliyi və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən bu halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür və bütün bu hallar Kənd Təsərrüfatı Nazirliyinin ciddi nəzarətindədir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində aparılan işlərə gəldikdə isə, hazırda mərkəzdə arıçılıqda süni mayalandırma texnologiyası əsasında damazlıq-seleksiya işlərinin qurulması, həmçinin nəsli kəsilmək təhlükəsi olan “Bozdağ Qafqaz” arı cinsinin təmizqanlısının yaradılması və artırılması istiqamətində tədqiqat işləri aparılır. Mərkəz hazırda Türkiyənin Hacettepe Universiteti və Macahel Arıçılıq Mərkəzi ilə əməkdaşlıq edir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu (İLRİ) və MDB ölkələrinin müvafiq tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri mövcud olmuş və bu əlaqələrin yenidən bərpası və genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulan vəzifələrin vaxtında icrasını təmin etmək, bu sahədə aparılan işlərin sürətləndirilməsi məqsədilə ilkin olaraq tut tinglərinin və baramaqurdu toxumlarının xaricdən gətirilməsi qərara alınmış və bu iş uğurla icra olunmuşdur. Bununla paralel olaraq Qax rayonunda Damazlıq İpəkçilik Stansiyasında baramaqurdu toxumu istehsalı işinin bərpa olunması üzrə tədbirlər həyata keçirilmişdir ki, bu da gələcəkdə ölkəmizdə baramaqurdu toxumuna olan ehtiyacı tam ödəməyə imkan verəcəkdir.  

Yerli pambıq sortlarının xaricdən gətirilən pambıq sortlarından daha üstün və əlverişli olması fikri ilə bağlı qeyd etmək istərdik ki, həqiqətən də yerli mütəxəssislər tərəfindən respublikamızın torpaq-iqlim şəraiti nəzərə alınmaqla yaradılmış və sınaqdan çıxarılmış pambıq sortlarına üstünlük verilməsi məqsədəuyğun hesab edilir və bu istiqamətdə iş aparılır.

Yekun olaraq bildiririk ki, məqalədə qaldırılan məsələlər daim diqqət mərkəzində saxlanılmaqla mövcud  nöqsanların aradan qaldırılması üçün Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM