11 Iyul 2017 05:07
349
PARLAMENT
A- A+

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 11-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovun başçılıq etdikləri nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında böyük rol oynadığını qeyd edib. Parlamentin sədri Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb.

Oqtay Əsədov bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan ilə Özbəkistanın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığının daha da genişləndirilməsində mühüm rola malikdir. Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin dini qurumlar sahəsində də əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayan Milli Məclisin sədri Azərbaycan ilə Özbəkistanın dost və tərəfdaş ölkələr olduğunu, münasibətlərimizin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov Azərbaycana səfərdən məmnunluğunu bildirərək deyib: “Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq əlaqələri mövcuddur. Xalqlarımız arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələr yüksək səviyyədədir. Bütün sahələrdə olduğu kimi, din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir”.

Görüşdə parlament aparatının rəhbəri Səfa Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və başqaları iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video