Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:50 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Unudulmaz qəhrəman - fəxrimiz Fəxrəddin
Unudulmaz qəhrəman - fəxrimiz Fəxrəddin
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 02.07.2017

 

Şəhidlər ölmür, onlar insanların yaddaşında və xalqın qəlbində əbədi yaşayırlar. Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi olmaz ki, dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid verməsin.

Qusar rayonu da istisna deyil. Bu rayonun da onlarca igidi Vətən naminə vətəndaşlıq borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb. Belələrindən biri Azərbaycanda doğulmasa da, əsli-kökü Qusardan olan Fəxrəddin Musayevdir. O, 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində dünyaya göz açmışdı. 1974-cü ildə orta məktəbi bitirəndən sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. Bir il sonra orduya çağırılmış, hərbi xidmətini əvvəlcə Çexoslovakiyada, sonra Rusiyada keçmişdi. Tərxis olunduqdan sonra Bakıya gəlib Məişət Kondisionerləri Zavodunda işləmişdi. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya məktəbinə daxil olmuş, 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdı.

1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə olunması ixtisası üzrə təhsilini davam etdirmək istəyib. Amma erməni təcavüzünün başlanması, Milli Orduya ixtisaslı kadrlar tələb olunduğu dövrdə Fəxrəddin təhsilini yarımçıq qoyaraq yenidən Vətənə dönüb cəbhəyə yollanır. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu istiqamətində düşmənə raket zərbələri endirərkən şəhid oldu. Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Vətənsevərliyi, döyüşlərdə göstərdiyi igidlik layiqincə qiymətləndirilib: Musayev Fəxrəddin Musa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Qusar rayonundakı mərkəzi küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Hər il xatirəsi anılır, Milli Qəhrəmanın həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu gənclər tərəfindən sevə-sevə öyrənilir.

Bəli, şəhidlər ölmür! Bu ay Fəxrəddin Musayevin yubileyidir - 60 yaşı tamam olacaq. Azərbaycan xalqı şəhidini, milli qəhrəmanını yenə anacaq, ad gününü layiqincə qeyd edəcək. Bu münasibətlə yeni “Fəxrimiz Fəxrəddin” xatirə kitabçası da nəşr etdirmişik. Nəşrdə Fəxrəddin Musayev haqqında yığcam məlumat və şəninə yazılmış şeirlər yer alıb.

 

Həsən XASİYEV,

Qusar rayon sakini 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM