Alternative content

11:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəs bizim küçənin kanalizasiya və içməli su problemi nə vaxt həll olunacaq?
Bəs bizim küçənin kanalizasiya və içməli su problemi nə vaxt həll olunacaq?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 02.07.2017

 

İndi Abşeronun qəsəbə və kəndləri də Bakı qədər gözəl və abaddır.   İnfrastrukturun təkmilləşdirilməsi, kommunikasiya xətlərinin yenilənməsi, yaxud qurulması kəndlərə şəhər görkəmi, rahatlığı gətirib. Yeni yollar, qaz, su, elektrik xətləri çəkilib, sosial obyektlər, xidmətlər yaradılıb.

Mərdəkan qəsəbəsi də son illər görkəmini xeyli dəyişib. Amma bəzi hallarda yarımçıq görülən işlər, yaxud diqqətdən qaçırılan nüanslar əhalinin yaşayışına rahatlıq əvəzinə problem gətirir. Belə hallar, az da olsa, var. Yaşadığımız massiv Əncirli küçəsi ətrafındadır. Bu yol ən müasir tələblərə cavab verəcək səviyyədə çəkilib   -   Mərdəkanla Buzovnanı birləşdirir. Qısa və olduqca rahatdır. Lakin yol çəkilib istismara veriləndən yaşadığımız sahədə əvvəllər işlək olan kanalizasiya sistemi yararsız hala düşüb. Səbəbini bilmirik: kanalizasiya sistemi ləğv olunubmu, zədələnibmi, yaxud bir başqa problem var - bu barədə bizə məlumat verilmir. Digər bir problemimiz içməli su ilə bağlıdır. Ətraf küçələrə su xətləri çəkilsə də, nədənsə, biz unudulmuşuq. Halbuki əsas problemimiz elə su ilə əlaqəlidir. İçməli suyu maşınlarla həyətə daşıtdırmaq ailə büdcəmizə ciddi ziyan vurur. İllərdir belə yaşayırıq. İndi bizə öz vəsaitimiz hesabına küçəmizə su   çəkdirmək təklif edilir. Ancaq tələb olunan vəsaiti ödəmək bir çoxunun maddi imkanı xaricindədir. Axı başqa küçələrə, əhalinin müəyyən qısminin evlərinə su xətləri çəkildiyi halda bizim bu kampaniyadan kənar qalmağımız sosial narazılıq, insanlar arasında inciklik doğurur. Bu isə yolverilməzdir.

Hörmətli redaksiya! Xahiş edirik, bizim problemlərimizə əncam çəkilməsinə kömək edəsiniz. Ümid edirik ki, əlaqədar təşkilatlar səsimizi, istəyimizi eşidib küçəmizin kanalizasiya və içməli su problemini həll edəcəklər.

 

Bilqeyis   ŞALIYEVA,

Fəxrəddin HƏŞİMOV,

Hüseynağa BALANZİR,

Mərdəkan qəsəbəsi, Əncirli 45-a-b