Alternative content

20:40 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəmkirin bir addımlığındakı zibilxananı görən yoxdur
Şəmkirin bir addımlığındakı zibilxananı görən yoxdur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 02.07.2017

 

Ölkəmiz inkişaf edir, bölgələrimizin siması aydan-aya, ildən-ilə dəyişir. Şəhər və kəndlərimizdə aparılan böyük abadlıq və yenidənqurma işləri insanların rahatlığını təmin etməklə bərabər, onların bir çox problemlərinin həllində başlıca rol oynayır. Bu baxımdan Şəmkir rayonu nümunə göstərilən rayonlardandır. Ancaq təəssüflər olsun ki, bəzən laqeydlik görülən işlərin üstünə kölgə salır...

Bu yaxınlarda yolum Gədəbəyə düşmüşdü. Məsafəni qısaltmaq  üçün köhnə Gəncə-Şəmkir yolu ilə getməyi qərara aldım. Kaş getməyəydim. Gəncədən çıxar-çıxmaz peşman oldum. Əvvəllər gözəl və rahat olan bu asfalt yoldan əsər-əlamət qalmamışdı. Yol boyu  dərin çalaların sayı-hesabı yox idi. Aşağı sürətlə birtəhər gəlib Şəmkirə yaxınlaşdım. Oradan Gədəbəy yoluna çıxanda yaşıllığa bürünmüş dağ və təpələrin ətəyində böyük bir ərazini əhatə edən zibil meydançası ilə rastlaşdım. Tullantıların iyindən baş gicəllənir, nəfəs almaq olmurdu.

Məni ən çox təəccübləndirən zibilxananın rayon mərkəzinin bir addımlığında olması idi. Yol boyu öz-özümə düşünürdüm ki, görəsən, bu  vəziyyəti görən yoxdur? Təbii ki, var. Ancaq sadəcə olaraq tədbir görən yoxdur! Məncə bunun bir adı var - laqeydlik.

 

Elşən BAĞIROV,

Gəncə şəhər sakini