01 Iyul 2017 01:07
3008
Milli Məclis
A- A+

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 93-4-cü maddəsinə, 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyunun 19-da səlahiyyət müddəti bitən Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

3. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Akif Əsgər oğlu İsgəndərov,

Əhməd Güləhməd oğlu Nurməmmədov.

4. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Mehparə Tofiq qızı Əhmədova,

İmran Teymurxan oğlu Hacıqayibov,

Rahib Sahib oğlu Nəbizadə.

5. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Rafiq qızı Vəliyeva vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

7. Bu qərarın 1-ci və 2-ci bəndləri qərar imzalandığı gündən, 3-cü bəndi 2017-ci il iyulun 16-dan, 4-6-cı bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 iyun 2017-ci

il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video