Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:49 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb
ANA SƏHİFƏ / Səfərlər
03:06 28.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söylədi, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə etdi. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğuladı. O, Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Parlamentlərarası əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdıran Polşa Senatının marşalı Azərbaycanın nəqliyyat dəhlizi imkanlarından istifadə edilməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşı göstəricisi olduğunu bildirdi. Dövlətimizin başçısı Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Səfər çərçivəsində iqtisadi əlaqələrimizin mühüm hissəsinin - Azərbaycanın nəqliyyat dəhlizləri və ölkəmizin tranzit imkanlarından istifadə olunması məsələsinin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Azərbaycan-Polşa əməkdaşlığının böyük tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Polşa ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa parlament strukturlarında uğurla əməkdaşlıq etdiklərini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Senatın xatirə kitabına ürək sözlərini yazdı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM