Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
04:06 23.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Manuel Qonzales Santsu Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirdi. Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi.

Dövlətimizin başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirdi ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.