Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:16 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şirvan şəhərində tank əleyhinə qumbaraatan üçün sursat istehsalı zavodu istifadəyə verilib Prezident İlham Əliyev müəssisəni işə salıb
Şirvan şəhərində tank əleyhinə qumbaraatan üçün sursat istehsalı zavodu istifadəyə verilib Prezident İlham Əliyev müəssisəni işə salıb
ANA SƏHİFƏ / Səfərlər
02:06 23.06.2017

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən olan Almaniyanın, ABŞ-ın, Fransanın, Hollandiyanın, İtaliyanın, Bolqarıstanın, Avstriyanın, Türkiyənin, Ukraynanın və Tayvanın müvafiq şirkətlərinin müasir standartlara cavab verən 45 texnoloji avadanlığı alınaraq quraşdırılıb. Bu avadanlıqlar arasında proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları, yoxlama və sınaqların aparılması üçün müxtəlif çeşidli laboratoriya avadanlığı var. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 280 adda xüsusi və universal ölçü alətlərinin və tərtibatların alınması təmin edilib. Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Eyni zamanda, partlayıcı maddələrlə işləyənlər müvafiq kurs keçərək xüsusi sertifikat alıblar. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verəcək. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.

Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM