21 Iyun 2017 03:06
438
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın sabiq Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd etdi ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini dedi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edildi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video