19 Iyun 2017 07:06
314
PARLAMENT
A- A+

Salımsay Kommasit: Laos Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

İyunun 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. O vurğulayıb ki, yüksək statuslu rəsmilərin qarşılıqlı səfərləri, əməkdaşlıq üzrə müntəzəm məsləhətləşmələrin aparılması münasibətlərimizin dərinləşməsi baxımından xüsusi önəm kəsb edir. Əlaqələrimizin daha da möhkəmlənməsi üçün ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması vacib məsələlərdəndir. Biznes forumların keçirilməsi, səfərlərin mütəmadi xarakter daşıması ümumi işin xeyrinə olardı.

Oqtay Əsədov bildirib ki, bu gün Azərbaycan yerləşdiyi regionda söz sahibi olan, sürətlə inkişaf edən müstəqil bir dövlətdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Azərbaycanın enerji daşıyıcıları sahəsində əhəmiyyətli rol oynadığının bariz göstəricisidir. TANAP və TAP kimi iri regional qaz layihələrinin reallaşması isə göstərir ki, Azərbaycan bütün dünyada mühüm enerji təminatçılarından biridir.

“Biz münasibətlərimizin dərinləşməsi üçün parlamentlərarası əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Son illər beynəlxalq siyasi arenada parlament diplomatiyasının əhəmiyyəti kifayət qədər artıb. Bu baxımdan, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsində böyük fayda verə bilər. Düşünürük ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək hər iki tərəfin maraqlarına cavab verir”, - deyə Milli Məclisin sədri qeyd edib.

Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit ölkəmizdə gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Ölkəsinin xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Laosun Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. O bildirib ki, hələ sovetlər dönəmində Laosla Azərbaycan arasında təhsil sahəsində sıx əlaqələr mövcud olub. Heç də təsadüfü deyil ki, Bakının ali təhsil ocaqlarında təhsil almış laoslular bu gün hökumətdə təmsil olunublar. Onlar Laosun inkişafına öz layiqli töhfələrini verirlər.

“İnanırıq ki, yaxın gələcəkdə əlaqələrimiz siyasi, iqtisadi, elm, təhsil və mədəni sahələrdə, o cümlədən parlamentlər səviyyəsində keyfiyyətcə yeni səviyyəyə yüksələcək”, - deyə nazir bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video