19 Iyun 2017 10:06
539
Qəbullar
A- A+

Azərbaycan Laosun sosial-iqtisadi inkişafına, kadr hazırlığına böyük töhfə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit dedi: “Sizin gözəl ölkənizə ilk rəsmi səfər etməyimdən şərəf hissi duyuram. Fürsətdən istifadə edərək Sizə Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarını çatdırırıq. Sizə yeni-yeni uğurlar və xalqınıza firavanlıq arzulayıram”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı marağın yaxşı göstəricisi olduğunu vurğuladı. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, nazir Salımsay Kommasitin ölkəmizə səfəri zamanı qarşılıqlı maraq doğuran və əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Salımsay Kommasit qeyd etdi ki, Laos ilə Azərbaycan arasında əlaqələrin uzunmüddətli tarixi var və bu əlaqələr hələ sovetlər birliyi dövründən başlayıb. O vurğuladı ki, Azərbaycan Laos Xalq Demokratik Respublikasının sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verib. Regionun lider dövləti olan Azərbaycanda böyük uğurların əldə edildiyini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı səfərlərin önəmini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos Xalq Demokratik Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video