Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:06 16.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini qəbul edib.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycanda artıq Kolumbiya səfirliyinin açıldığını və burada Sakit Okean Alyansına daxil olan ölkələrdən Peru və Meksika ilə birlikdə fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Azərbaycanın böyük imkanlara malik ölkə olduğunu deyən Mariya Anxela Olqin əməkdaşlığımızın genişləndirilməsi üçün birgə işləməyə hazır olduqlarını bildirdi. Qonaq Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğuladı. Ölkəsində gedən proseslər barədə dövlətimizin başçısına məlumat verən Mariya Anxela Olqin Kolumbiyada uzun müddətdir davam edən münaqişə nəticəsində sülh sazişinin əldə edilməsindən sonra quruculuq işlərinə başlanıldığını, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirildiyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda da regionların və kənd təsərrüfatının inkişafının əsas prioritetlərdən biri olduğunu vurğuladı, bu istiqamətdə aparılan islahatlardan danışdı.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulandı, hər iki ölkənin bu əlaqələrin genişləndirilməsinə maraq göstərdiyi qeyd edildi.