Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:49 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:06 16.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq səfər zamanı səmərəli müzakirələrin və danışıqların aparıldığını dedi, bu danışıqların əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı birgə yanaşmanı bir daha nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların səfərin növbəti günü başlamasının rəmzi xarakter daşıdığını vurğuladı və bu danışıqların uğurla davam etdirildiyini dedi. Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd etdi, əməkdaşlığımızın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırdı. Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan tərəfinin əlaqələrimizin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirdi.

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycan Prezidentini Qurtuluş Günü münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin Brüsselə son səfərinə toxunan qonaq səfərin uğurlu keçdiyini, məhz bu səfərdən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd etdi və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirdi. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Yohannes Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. O bildirdi ki, Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olundu, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulandı.

Görüşdə, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM