Alternative content

13:45 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev “John Deere” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev “John Deere” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:06 15.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini dedi, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd etdi. Kənd təsərrüfatı ilə bağlı planlarımızın həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır. Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğuladı, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirdi.

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə etdi. Samuel Allen artıq ölkəmizdə mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.

Görüşdə Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.