Alternative content

22:59 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
01:06 13.06.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru respublikamızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğuladı və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirdi.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Özünün Bolqarıstana, Bolqarıstan Baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Azərbaycan ilə Bolqarıstanın bütün sahələrdə əlaqələrinin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini dedi və bu səfərin münasibətlərimizin perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirdi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi.