09 Iyun 2017 05:06
453
PARLAMENT
A- A+

Publik hüquqi şəxs hüquqi xidmətlər göstərəndə onun əməkdaşları dövlət qulluqçularına bərabər tutulurlar

Parlamentdə “Publik hüquqi şəxslər haqqında” Qanuna dəyişikliklər qəbul olunub

 

Parlamentdə “Publik hüquqi şəxslər haqqında” Qanuna dəyişikliklər qəbul olunub.

Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişikliklərə əsasən, publik hüquqi şəxs hüquqi faktın qeydiyyatı ilə məşğul olanda, digər hüquqi xidmətlər göstərəndə dövlət rüsumu alırlar. Bu, o deməkdir ki, həmin xidməti göstərən publik hüquqi şəxsin əməkdaşları, onların nizamnamələrində göstərildiyi halda, dövlət qulluqçularına bərabər tutulurlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.

R.Cəbrayılov bildirib ki, publik hüquqi şəxs gələcəkdə öz fəaliyyətində iflasa uğrasa, Azərbaycan dövləti onun fəaliyyətinə görə məsuliyyət daşımır. Publik hüquqi şəxs özü də publik hüquqi şəxs yarada bilər. Lakin parlament Qanuna dəyişiklik edərək bunu aradan qaldırıb. Publik hüquqi şəxs publik hüquqi şəxsin təsisçisi ola bilməz. Çünki publik hüquqi şəxs dövlətin ona verdiyi əmlakdan yaratdığı publik hüquqi şəxsə ötürərsə, bu zaman neqativ hallar yarana bilər, pərdəarxası məqamlar meydana gələr və sairə. Bu cür halların qarşısını almaq üçün Qanuna dəyişiklik edilib.

“Tutaq ki, dövlət və ya bələdiyyə hər hansı publik şəxsi yaradıb və ona əmlak verilib. Bunun riski ondan ibarətdir ki, publik hüquqi şəxs iflasa uğradığı təqdirdə, bələdiyyənin və yaxud dövlətin verdiyi əmlak onun əlindən alına bilər. Amma artıq bu zaman dövlət məsuliyyət daşımayacaq. Müqavilə bağlanılan zaman qarşı tərəf mütləq bunu bilməlidir”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının son plenar iclasında “Publik hüquqi şəxslər haqqında” Qanuna dəyişikliklər qəbul edilib.

“Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qeyd olunan qanunun bir sıra normalarının təkmilləşdirilməsi, o cümlədən publik hüquqi şəxsin nizamnaməsində göstərilən məlumatların dairəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi, həmçinin təsisçinin səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, publik hüquqi şəxslərə nizamnaməsində nəzərdə tutulduğu halda törəmə publik hüquqi şəxs yaratmaq hüququ verilir, onların müflis elan olunmasına məhdudiyyət qoyulur.

Dövlət rüsumunun anlayışına görə dövlət rüsumu dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən haqdır. Lakin bir sıra publik hüquqi şəxslər ümumdövlət və ya ictimai əhəmiyyət daşıyan funksiyalarından irəli gələrək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərir və hüquqi hərəkətləri həyata keçirirlər. Buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tuta biləcəklər. Eyni zamanda, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş xidmətləri göstərən publik hüquqi şəxsin əməkdaşlarının hüquqi statusu müəyyən edilərək dövlət qulluqçularına bərabər tutulurlar.

Sənəddə bildirilir ki, müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər. Həmçinin publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Bundan başqa publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video