Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:01 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Turizm Təbliğat Bürosu ilə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Milli Turizm Təbliğat Bürosu ilə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / Turizm
12:06 08.06.2017

İyunun 8-də Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirilib.

Görüşdə məqsəd gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə ölkə turizm ilə bağlı ictimai müzakirələr keçirmək və yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması istiqamətində turizm firmalarının qarşılaşdığı problemlər və onların həlli ilə bağlı birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

AZƏRTAC xəbər verir ki, Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev qurumun yarandığı qısa müddət ərzində bir sıra mühüm layihələrə imza atdığını qeyd edib. Bildirib ki, Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir çox ölkələrin mədəniyyət günləri təşkil edilib.

F.Nağıyev deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsasını Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təşkil edir.

Fuad Nağıyev turizm şirkətləri ilə birgə əməkdaşlıq imkanları barədə məlumat verərək bu işdə maraqlı olduqlarını söyləyib.

Görüşdə Milli Turizm Təbliğat Bürosunun əməkdaşları – Kənan Qasımov “Büronun yaradılması, fəaliyyəti və qarşıya qoyulan vəzifələr”, Fərhad Aşurbəyli “Turizm potensialının təbliğində onlayn resursların rolu və turizm firmaları ilə əməkdaşlıq imkanları”, Cəmilə Talıbzadə “Marketinq siyasəti və turizm firmalarının prosesdə iştirakı” mövzularında təqdimatlarla çıxış ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Turizm Təbliğat Bürosunun işini təhlil edərək 3 aydır yaranan qurumun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Bu da deməyə əsas verir ki, büronun səyləri nəticəsində beynəlxalq səviyyədə turizm xidmətlərinin Azərbaycanda tətbiqinə nail olunacaq.

Nazir diqqətə çatdırıb ki, Novruz bayramından etibarən Büro tərəfindən Bakı şəhərinin bir neçə məkanında müxtəlif tədbirlər, mədəni təqdimatlar keçirilməkdədir. Bununla da turizm məkanları formalaşır. Respublikanın bir sıra regionlarında bu cür məkanlar ötən ildən fəaliyyətə başlayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış bu qurum növbəti illərdə Azərbaycanın təbliğat simvoluna çevrilməlidir və ölkəmizin bütün sahələrdə xaricdə təqdimatlarda bu büronun özünəməxsus yeri və rolu olmalıdır.

Ə.Qarayev Büronun məqsədlərindən birinin də Bakı şəhərinin turizm brendinin hazırlanması olduğunu vurğulayaraq bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

Turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsinə toxunan nazir qeyd edib ki, hazırda turizm haqqında yeni qanun hazırlanır və bu qanunun Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir.

Nazir ölkəmizə gələn turistlərin sayını da açıqlayıb. Bildirib ki, ötən ilin may ayında ölkəmizə 174 min turist gəlib. Bu ilin mayında isə bu rəqəm 211 min təşkil edir. Bu da onu göstərir ki, kifayət qədər artım olub.

Ə.Qarayev vurğulayıb ki, ötən ilin 5 ayı ərzində ümumilikdə ölkəmizə gələnləri sayı 768 mindir. Bu ilin 5 ayında isə 956 min turist ölkəmizə səfər edib. Bu da təxminən 30 faiz artım deməkdir.

Toplantıda Milli Turizm Təbliğat Bürosunun yanında yerli tur operatorlar və turizm şirkətlərindən ibarət Ekspert Şurasının yaradılması ilə bağlı zərurət və şuranın fəaliyyət istiqamətləri barədə də danışılıb.

Sonda toplantıda iştirak edən turizm şirkətlərinin nümayəndələri yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı, turist məmnunluğunun artırılması istiqamətində qarşılaşdıqları problemlər və onların həlli ilə bağlı birgə əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparıblar və təkliflər səsləndiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM