Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:50 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentdə komitələrin birgə iclasında bir sıra qanun layihələri müzakirə olunub
Parlamentdə komitələrin birgə iclasında bir sıra qanun layihələri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
02:06 06.06.2017

İyunun 6-da Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda bir sıra qanun layihələri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətində görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma məqsədilə aparılıb. Diqqətə çatdırılıb ki, qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik barədə açıqlamasında qeyd edib ki, 14-1-ci maddə yeni redaksiyada təklif olunur. Düzəlişə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir. Burada məqsəd gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda bunun maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Sonra 2016-cı il dekabrın 16-da qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar müxtəlif sahələr üzrə hesablaşmalar zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı bəzi qanunlara dəyişikliklərin edilməsi müzakirə olunub. Parlament Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu məsələ ilə əlaqədar Əmək Məcəlləsinə, o cümlədən “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan müvafiq düzəlişlər barədə ətraflı məlumat verib.

İclasda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 12-2-ci maddəsinə ediləcək dəyişikliyin mahiyyəti barədə də danışılıb. Bildirilib ki, maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Təklif olunur ki, buraya “o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna” sözləri əlavə edilsin. Bu dəyişiklik Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədilə edilir.

Tədbirdə, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda nəzərdə tutulan redaktə xarakterli və digər zəruri dəyişikliklərə baxılıb.

Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM