Alternative content

18:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Termal sulardan istifadə etməklə böyük gəlir əldə etmək olar
Termal sulardan istifadə etməklə böyük gəlir əldə etmək olar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 04.06.2017

Təbiət Azərbaycana hər gözəllikdən səxavətlə pay verib. Yaşadığım Samux rayonu da təbii sərvətlərlə zəngindir. Elə götürək rayonun Şəmsizadə adlanan ərazisində çıxan termal suyu. Uzun illərdir ki, insanlar bu sudan müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Yerli əhalinin dediyinə görə, termal su əsasən dəri xəstəliklərinin müalicəsində müsbət effekt verir. Ancaq təəssüflər olsun ki, tərkibi müxtəlif maddələrlə zəngin olan bu su səmərəsiz axıb gedir.

Ümumiyyətlə, Samuxda belə müalicəvi əhəmiyyəti olan termal sular çoxdur. AMEA-nın Gəncə bölməsinin alimləri el arasında “düldül” və “laxbulaq” adlandırılan mənbələrdən götürülən nümunələri laboratoriyada analiz ediblər. Məlum olub ki,  bu suların müalicəvi əhəmiyyəti böyükdür. Deməli,  Samuxdakı termal sulardan səmərəli istifadə etməklə həm insanlara fayda vermək, həm də gəlir əldə etmək mümkündür.  Bunun üçün yerlərdə müalicə-istirahət obyektləri tikilməli,  insanların həkim nəzarətində peşəkar müalicəsi təşkil edilməlidir. Fikrimizcə, rayonumuzun bu perspektivli sahəsinə investorlar, işgüzar şəxslər sərmayə qoysalar, hamı üçün sərfəli olar.

 

Tofiq BABAYEV,

Samux rayon sakini