Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:37 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sürücülərin diqqəti yalnız yolda olmalıdır
Sürücülərin diqqəti yalnız yolda olmalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 04.06.2017

Yay  -  tətillər, məzuniyyət, səyahət, istirahət dövrü yaxınlaşır.   Bir qədər sonra yollarda, xüsusilə turizm zonalarında avtomobil hərəkəti  xeyli  intensivləşəcək. Öncədən tətillərini, istirahətlərini planlaşdıranlar həm də  təhlükəsizlik haqqında qabaqcadan düşünməlidirlər...

 

Azərbaycan hər anlamda həqiqətən də gözəldir. Təbiətimiz ecazkar, insanlarımız qonaqsevərdir. Regionların inkişafı da göz qabağındadır. İnfrastrukturun yenilənməsi, eyni zamanda  yeni  yolların çəkilməsi, ehtiyac olan yerlərdə əsaslı təmir-abadlıq layihələrinin həyata keçirilməsi  keyfiyyəti, həyat səviyyəsini və tələbatı yüksəldib.  İndi xaricdən gələn də çoxdur, respublika daxilində istirahətə üstünlük verənlər də.

Bu yaxınlarda Qəbələ-Balakən-Şəki istiqamətində qısamüddətli səyahətə çıxmışdım. Sadaladıqlarımla yanaşı yollarda diqqətimi bir neçə məqam çəkdi. Əvvəla onu deyim ki, respublika əhəmiyyətli yollar, avtomagistrallarla yanaşı, rayonlararası avtomobil yolları da kifayət qədər  keyfiyyətli vəziyyətə gətirilib. Qəbələ ilə Oğuz arasındakı yol da hamar və  rahatdır. Qəzaya səbəb ola biləcək  kənar amillərlə əlaqəli  təhlükə olmasa da, bu yol boyu 4-5 yerdə ağaclara bağlanmış qırmızı lentlər burada ölümlə nəticələnən qəzalardan xəbər verirdi... Heyrətlənməmək və təəssüflənməmək  olmur - bu cür gözəl, hər tərəfi  çoxəsrlik ağaclarla zəngin yolda  ağır qəza yalnız sürücü məsuliyyətsizliyi nəticəsində baş verə  bilər.  Ağaclar yoldan bir neçə metr aralıdadır, bir çoxunun da gövdəsinə  işıq əksediciləri vurulub. Yolun xətləri, çiyni də çəkilib. Yəni hərəkət hissəsində, zolaqlarla sürət limiti çərçivəsində və təhlükəsizlik tədbirlərinə əməl etməklə gedən avtomobil burada qəza törətməz... Amma qaydalara əməl etməyənlərin ucbatındandır ki, yolda həlak olanlar hələ də çoxdur.

 Sürücülər unutmamalıdırlar ki,  avtomobil bu yol ətrafındakı yoğun gövdəli ağaclara  sürətlə çırpılacağı təqdirdə  onun heç yarpağı da tərpənməyəcək.   Bu zaman avtomobilin salonundakı insanlarsa   çox ciddi fiziki təsirə  məruz qalacaqlar. Belə şəraitdə aşağı sanılan sürət belə can ala bilər.

Bu yolda təhlükəsizliyə birbaşa aidiyyəti olmasa da, bir başqa  məqam da diqqət çəkir: yol boyu lüzumlu-lüzumsuz  yol-hərəkət nişanları düzülüb. Sanki bolluğa düşülüb.  Amma bu hal sürücülərin  diqqətini yoldan ayırır,  daim  tələbləri dəyişən nişanların izlənməsinə yönəldir.  Yolda sürət limiti 60, 70 və 90 olaraq tez-tez dəyişir.  Nə vacibdir  sürət limitini bu qədər “oynatmaq”? Əgər bu yolda tez-tez ağır qəza  baş verirsə, tək bir, özü də aşağı orta sürət limiti tətbiq  etmək olmaz?

O da maraqlıdır ki,  qeyd olunan yol üzərində nişanlar  qəribə sxemlə  düzülüb. Məsələn, ağ fonda yaşayış məntəqəsini göstərən nişanlardan cəmi 50 metr öndə və ya sonra  60 sürət limitini göstərən nişanlar quraşdırılıb. Buna nə ehtiyac var ki? Ağ fonlu yaşayış məntəqəsi nişanının tələbinə görə, onun təsir zonasında sürət limiti onsuz da 60-dır. Digər diqqətçəkən  detal ondan ibarətdir ki, sürət limiti nişanlarından yenə  də çox qısa məsafədə  yol kəsişməsini göstərən nişanlar var. Yəni faktiki olaraq qaydalara görə, sürət nişanının təsir zonası bu nişanlara qədər olur. Halbuki yaşayış məntəqəsinin başlanğıcını göstərən ağ fonlu nişanın tələbi yaşayış məntəqəsinin sonunu göstərən nişana qədər qüvvədədir.

 

Turan ELXANOĞLU,

Bakı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM