Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Vağzalı” əvəzinə “Mendelson”?
“Vağzalı” əvəzinə “Mendelson”?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:06 04.06.2017

Azərbaycan xalqı üçün ailə həmişə müqəddəs olub və müqəddəs olaraq da qalır. Ailənin təməli qoyulan toylarımız da başqa xalqlardakından fərqlənir. Bu əziz günü maraqlı, yaddaqalan etməkdən ötrü xalq musiqisi nümunələrindən bəhrələnilib, milli musiqi alətlərinə üstünlük verilib.

Məlahətli səsi və yüksək ifaçılıq qabiliyyəti olanlar toylarda çalıb-oxuyub. Xalq da həmişə onlara hörmətlə yanaşıb. Ağsaqqallar, ağbirçəklər toylarda aşıqların saz çalıb deyişdiyini, xanəndələrin bəy tərifində oxuduqları folklor mahnılarından indi də həvəslə danışırlar. Oxunan mahnılar, ifa olunan rəqslər seçilib, milliliyi ilə fərqlənib. Məclislər o qədər könülaçan olub ki, qonaqlar toylara çox böyük həvəslə həm mənəvi qida almağa, həm də yeni ailə quranlara xeyir-dua verməyə, maddi-mənəvi dəstək üçün gediblər.

 Təəssüf ki, müasir dövrdə biz bu  nəcib toy ənənələrini az görürük. Hətta toylarda gurultu və uğultu ilə oxunan, xalqımızın milli ruhuna yad, mənşəyi bilinməyən, sözləri mənasız bayağı mahnılar klassik musiqini sıxışdırıb kənarlaşdırıb. İndi toyda diskoteka da açılır. Əcnəbi mahnılar altında əcaib hərəkətlərlə oynayanlar adamı lap bezdirir.

Ürəkağrıdan bir hal da odur ki, istər kənddə - həyətdə qurulan mağarda, istər rayon və şəhərlərdəki şadlıq evlərində keçirilən toylarda  “Vağzalı” əvəzinə bəylə gəlini “Mendelson” sədaları altında məclisə dəvət edənlərin də sayı xeyli artıb. Məgər bu, müasirlik əlamətidir? Görəsən, dünyada “Vağzalı” qədər incə, zərif, duyğulu, bəy evinin təntənəsini, gəlinin yaxınlarının qəlb titrəyişlərini bu dərəcədə dolğun ifadə edən toy melodiyası, rəqsi varmı?!

Bizcə, bu haqda düşünməyə dəyər. Çünki yeni qurulan ailələrin sağlam, sarsılmaz olması üçün öz kökümüzdən, ənənə və mədəniyyətimizdən möhkəm yapışmalıyıq. Axı milli dəyərlər, mədəniyyət üzərində qurulan ev, ailə heç vaxt dağılmır.

 

Zəfər ƏLİYEV,

Lerik