Alternative content

10:00 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beş ayda Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 5,6 faiz artıb
Beş ayda Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 5,6 faiz artıb
ANA SƏHİFƏ / Turizm
07:06 03.06.2017

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 5,6 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Turizm Milli Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib.

Qeyd edək ki, bu ilin yanvarından may ayınadək Gürcüstanı 2,3 milyon xarici vətəndaş ziyarət edib. Onlardan 981,6 mini turistdir.