Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

07:14 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin yaz sessiyası başa çatdı
Milli Məclisin yaz sessiyası başa çatdı
ANA SƏHİFƏ / PARLAMENT
09:05 31.05.2017

Son iclasda 37 qanun layihəsinə dəyişikliklər edildi

 

Mayın 31-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının sonuncu iclas keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanın iclaslarının olacağını da istisna etmədi.

  

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, hazırkı qanunvericiliyə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin “B” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir. Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə almalıdır. Layihəyə görə, işçinin 1 ilədək əmək stajı olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir.

Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə isə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Layihə səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirə olundu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycanda müdafiə xərclərinin dinamikasında sabitlik saxlanılıb. Onun sözlərinə görə, Azərbaycanın xarici dövlətlər qarşısında heç bir problemi yoxdur. Bu da qarşılıqlı münasibətlərin qorunmasında olduqca önəmlidir. Ötənilki büdcənin gəlirləri

16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1 faiz icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0 faizə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə 7,715 mln. manat çox olub.

Həmçinin 2016-cı ildə dövlət büdcəsinin xərcləri

18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0 faiz icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2 faiz azdır. ÜDM-ə nisbəti ilə götürdükdə büdcə xərcləri ÜDM-in 29,4 faizinə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat olub.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini bildirib.

Daha sonra maliyyə naziri Samir Şərifov qeyd etdi ki, hazırda 2017-ci il dövlət büdcəsinin icrası davam edir, neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Yeni fiskal qaydalar və dövlət borcunun idarə edilməsi üzrə strategiya hazırlanır. Ötən ilin ağır il olmasına baxmayaraq, büdcənin mühüm sosial vəzifələrinin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu, həm dövlət, həm də özəl subyektlərə aiddir. Onun sözlərinə görə, dividendlərlə bağlı proqnoz göstəricinin icra olunmaması maliyyə sektorundakı itkilərlə bağlı olub: “Dividendlər maliyyə sektorunda fəaliyyət göstərən maliyyə qurumları tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Devalvasiya nəticəsində itkilər var, bununla bağlı dividendlərin ödənilməsində azalma olub”.

S.Şərifov icbari tibbi sığorta ilə bağlı bildirib ki, artıq Mingəçevir və Yevlaxda bununla bağlı layihə uğurla həyata keçirilir və layihə digər regionları da mərhələli şəkildə əhatə edəcək. O, həmçinin vurğuladı ki, Neft Fondundan büdcəyə transfertin azaldılması ənənəsinə 2016-cı ildə də sadiq qalınıb.

Müzakirələr zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Tahir Kərimli və Mahir Abbaszadə 2016-cı il dövlət büdcəsinin uğurla icra olunduğunu bildirdilər. Sonra 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi. Həmçinin “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi də qəbul edildi.

“Azərbaycan və Danimarka arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də təsdiq edildi. Qeyd edək ki, konvensiya 2017-ci il fevralın 17-də imzalanıb. Konvensiya vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət və ya onun inzibati-ərazi bölmələri, yaxud yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur. Konvensiyanın tətbiq edildiyi vergilərə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, Danimarkada dövlətə ödənilən gəlir vergisi, bələdiyyələrə ödənilən gəlir vergisi daxildir.  

İclasda “Azərbaycan və Qətər arasında hava daşımalarına dair sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında, eləcə də “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri də təsdiq edildi.

Sonra qanunvericiliyin bir-birinə uyğunlaşdırılması məqsədilə bir paketdə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə, “Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda dəyişiklik edilməsi barədə,  Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə və “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edildi.

İclasda “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədilə “Haqsız rəqabət haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Sonra Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim edildi. Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Müzakirələr zamanı deputatlar layihənin anlaşılmaz olduğunu dedilər. Ona görə də bu layihə ilə bağlı müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb.

İclasda uyğunlaşdırma və təkmilləşdirmə məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə,  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul olundu. Eyni məqsədlə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Sonra  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim etdi. Bildirdi ki, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur. Layihə səsverməyə qoyularaq qəbul edildi.

“Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Bildirildi ki, layihə bu sahədə mövcud olan bir sıra normaların təkmilləşdirilməsi, o cümlədən publik hüquqi şəxsin nizamnaməsində göstərilən məlumatların dairəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi, həmçinin təsisçinin səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, publik hüquqi şəxslərə nizamnaməsində nəzərdə tutulduğu halda törəmə publik hüquqi şəxs yaratmaq hüququ verilir, onların müflis elan olunmasına məhdudiyyət qoyulur. Layihə səsə qoyularaq qəbul edildi. İclasda “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də  təsdiqləndi.

İclasın gündəliyində olan sonuncu məsələ isə “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi idi. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, layihəyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. Hazırda qüvvədə olan qanuna görə, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın məlumatının gizli saxlanılması haqqında zəmanət verilir. Mövcud qanunvericiliyə əsasən, həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan yalnız vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə, istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə, yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə, hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduğu hallarda açıqlana bilər. Dəyişiklik layihəsinə əsasən, bundan sonra həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə həkim sirri açıqlana bilər. Layihə səsə qoyularaq qəbul edildi.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı.

 

Elgün MƏNSİMOV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM