Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:09 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabah Milli Məclisinin növbəti plenar iclası keçiriləcək
Sabah Milli Məclisinin növbəti plenar iclası keçiriləcək
ANA SƏHİFƏ / PARLAMENT
10:05 30.05.2017

Mayın 31-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 38 məsələ müzakirə olunacaq.

Deputatlar “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət qulluğu haqqında”, “Haqsız rəqabət haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Telekommunikasiya haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dövlət qulluğu haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Daha sonra “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının və Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiyaların, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə” və “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 2006-cı il 28 noyabr tarixli Sazişin həyata keçirilməsinə dair” protokolların təsdiq edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılacaq.

İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

Milli Məclisdə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında və “İşsizlikdən sığorta haqqında” qanun layihələri də müzakirə olunacaq.

Deputatlar, həmçinin Əmək, Torpaq, Vergi, Cəzaların İcrası və Cinayət məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini nəzərdən keçirəcəklər.

Milli Məclisdə “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət” haqqında, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” əsasnamələrdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.

İclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM