Alternative content

22:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:05 30.05.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tamir bin Sübhan Əs-Sübhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Tamir bin Sübhan Əs-Sübhan onların adından qrafikinin gərgin olmasına və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə baxmayaraq, Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə etdi, son dövrdə bir neçə dəfə Bakıda olmasından məmnunluğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkənin rəhbərliyinin bu münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini söylədi. “Biz istəyirik ki, əlaqələrimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxsın”, - deyən Tamir bin Sübhan Əs-Sübhan yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin xalqlarımız arasında səfərlərin artmasını arzuladıqlarını vurğuladı.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanla yenidən görüşməkdən məmnun olduğunu bildirdi. Ərəb-İslam-Amerika Sammitinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, Sammitdən Bakıya qayıdandan sonra bildirib ki, ABŞ Prezidenti Donald Trampın ilk rəsmi səfərini müsəlman ölkəsinə - Səudiyyə Ərəbistanı Krallığına həyata keçirməsi bütün müsəlman aləminə olan hörmətin təzahürüdür. Dövlətimizin başçısı Sammitin çox yaxşı keçdiyini və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu vurğuladı. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunan Prezident İlham Əliyev bu Oyunları müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsi üçün önəmli hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və onun varisinə çatdırmağı xahiş etdi.