Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:58 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
01:05 30.05.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın uzun illərdir Statoil şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Statoil şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğuladı.

Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini dedi. Statoil şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğuladı.

Görüşdə Azərbaycan ilə Statoil şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM