Alternative content

00:58 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Avropa Parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
04:05 22.05.2017

Mayın 22-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana bu tərkibdə gəlməsindən məmnunluğunu ifadə edib. O, səfər zamanı əməkdaşlığın inkişafı istiqamətində səmərəli müzakirələr aparılacağına əminliyini bildirib.

Devid MakAlister deyib ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə tanış olmaqdır. O, Azərbaycan-Avropa İttifaqı əlaqələrindən söhbət açıb.

Görüşdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

Həmin gün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister ilə görüşüb.

Səməd Seyidov inandığını bildirib ki, Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana bu səfəri əlaqələrin inkişafına təkan verəcək.

Devid MakAlister bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. O, əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.