18 May 2017 01:05
262
PARLAMENT
A- A+

Parlamentin komitə iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsi müzakirə olunub

Mayın 18-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Rafael Hüseynov gündəlik barədə məlumat verib.

İclasda “Kabel şəbəkəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Komitə sədri bildirib ki, yeni qanun 4 fəsil 17 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, kabel şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Bu qanun ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel şəbəkəsi yayımına şamil edilmir.

Bildirilib ki, kabel şəbəkəsi yayımı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Mülki Məcəllədən, “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “İstehsalçıların hüquqlarının müdafiəsi haqqında” qanunlardan, bu yeni qanundan və Azərbaycan Respublikasının kabel şəbəkəsi yayımı sahəsində münasibətləri nəzərdə tutan digər qanunvericilik aktlarından ibarətdir. Bu qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Qeyd olunub ki, yayımçıya qoyulan tələblər “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Yayımçının siqnalın ötürülməsi məqsədilə digər telekommunikasiya şəbəkələrinə qoşulma hüququ var. Bu qoşulma qaydaları və şərtləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Yayımçı dövlət ehtiyacları məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Deputatlar qanun layihəsi barədə fikir və tövsiyələrini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video