13 May 2017 11:05
629
Tədbirlər
A- A+

“Bakı-2017”də Azərbaycan karateçiləri iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib

Mayın 13-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının karate yarışları başlayıb. Azərbaycan karateçiləri yarışların birinci günündə iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmalarına baxıblar.

Yarışlarda Azərbaycanı qadın idmançılardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61), kişi karateçilərdən isə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq) təmsil ediblər.

Azərbaycan idmançısı Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbas ilə qarşılaşıb. O, rəqibini 4:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

İdmançımız Fəridə Abiyeva (61 kq) isə finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qalibi olub.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

Qalib idmançıların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Yarışa səkkizdəbir finaldan qoşulan Rəfael Ağayev Türkiyə təmsilçisi Erman Eltemur üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanının idmançısı Sultan Əl Zəhranini 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. R.Ağayev yarımfinalda Malayziya təmsilçisi Şarmendran Raqonathanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Fəridə Abiyeva isə səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə əldə edib. O, yarışın dörddəbir finalında Kot-d`İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

“Bakı-2017”də 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İlahə Qasımova yarışda gümüş medalla kifayətlənməli olub. İ.Qasımova səkkizdəbir final mərhələsində fələstinli Saja Abbasini 8:1 hesabı ilə məğlub edib. Dörddəbir finalda isə idmançımız İndoneziya təmsilçisi Sanistyarani Cok İstri Aqunq üzərində 7:0 hesabı ilə inamlı qələbə qazanıb. İ.Qasımova yarışın yarımfinal mərhələsində İordaniya təmsilçisi Majedah Albasareni 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. İdmançımız finalda Misir karateçisi Yasmin Attiyaniyə məğlub olub.

Yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Nuranə Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb. İdmançımız N.Əliyeva indoneziyalı Srunita Sukatendel ilə gərgin keçən görüşdə rəqibinə qalib gəlib.

Azərbaycan karateçilərinin “Bakı-2017”də ikinci bürünc medalını isə Firdovsi Fərzəliyev qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan Firdovsi Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.

Mayın 14-də “Bakı-2017” çərçivəsində karatenin kumite növü üzrə digər çəki dərəcələrində yarışlar keçiriləcək. Həmçinin karatenin kata növündə qaliblər məlum olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video