11 May 2017 08:05
504
Qəbullar
A- A+

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət naziri Tamer Al-Sabhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə sıx dostluq və əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu dedi.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı dostluq və qardaşlıq əsasında qurulan əlaqələrimizin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirdi. Səudiyyə Ərəbistanına səfərini və səfər zamanı göstərilən qonaqpərvərliyi yaxşı xatırladığını deyən Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla apardığı danışıqların və fikir mübadiləsinin, eləcə də digər rəhbərlərlə keçirdiyi görüşlərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə sabah Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıldı, bu Oyunların İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video