Alternative content

03:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:06 23.06.2012
 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin 2012-ci il 27 yanvar tarixli sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 47-ci maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, və IX hissələrinə, 79-cu maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin II və VIII hissələrinə, 149-cu maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilsin.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsi əsaslarının məhkəmə müdafiəsi təminatı və hüquqi müəyyənlik prinsipləri baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.