Alternative content

22:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin komitə iclasında “Üzümçülük və şərabçılıq haqqında” Qanuna dəyişikliklər müzakirə edilib
Parlamentin komitə iclasında “Üzümçülük və şərabçılıq haqqında” Qanuna dəyişikliklər müzakirə edilib
ANA SƏHİFƏ / PARLAMENT
01:05 02.05.2017

 

Qanuna “Şərabçılıq məhsullarının reklamı” maddəsi əlavə edilir

 

Mayın 2-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Üzümçülük və şərabçılıq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Eldar İbrahimov bildirib ki, “Üzümçülük və şərabçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bu qanunu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

Qanuna yeni 15-1-ci, yəni “Şərabçılıq məhsullarının reklamı” maddəsi əlavə edilir. Şərabçılıq məhsullarının reklamına dair tələblər “Reklam haqqında” Qanunun 27.1-ci maddəsi ilə müəyyən olunur.

Dəyişikliyə görə, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz. Tündlüyü beş faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

Həmçinin sənədə əsasən, tündlüyü beş faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır. Şərabçılıq məhsulları sertifikatlaşdırıldığı halda reklam oluna bilər. Reklamda sertifikatın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.