Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

22:18 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu öndər Heydər Əliyev milli parlamentarizmin banisidir
Ulu öndər Heydər Əliyev milli parlamentarizmin banisidir
ANA SƏHİFƏ / PARLAMENT
04:05 01.05.2017

Mayın 1-də Milli Məclisdə gənclər və idman komitəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan gənclərinin hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəklədiyini bildirib. O deyib: “Bu gün hər bir gənc fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət nəticəsində güclü, nüfuzlu bir dövlətə çevrilib”. Komitə sədri əminliklə bildirib ki, bugünkü gənclərimiz gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin xeyir-duası olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, müasir Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir.

Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmlənməsində Ulu Öndərin misilsiz xidmətlərindən söz açan M.İbrahimqızı bildirib ki, 1993-cü il iyunun 15-də Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli parlamentarizmin əsası qoyuldu və inkişaf etməyə başladı.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə Milli Məclisin binası ilə tanışlıq imkanı verildiyinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib. O deyib: “Əminəm ki, bugünkü gün gənclərimizin xatirəsindən heç zaman silinməyəcək. Çünki bu gün gənclərimiz Milli Məclisin binası ilə tanış olmaqla yanaşı, buradakı iş prinsipi haqqında da məlumatlandırılıblar”.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birinin məhz gənclərlə olduğunu qeyd edən S.Orucov bildirib ki, gənclər də öz növbəsində Azərbaycanın inkişafı, çiçəklənməsi üçün daim fəal olmalı, dövlətimiz üçün əllərindən gələni etməlidirlər.

Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər haqqında Azərbaycanda, ölkəmizdən kənarda çoxsaylı tədbirlər, konfranslar keçirilir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı, onu beynəlxalq arenaya çıxardı, gücləndirdi. Ulu Öndərin böyüklüyü, müdrikliyi, iradəsi, qətiyyəti sayəsində müstəqil Azərbaycan güclü iqtisadiyyata maliq qüdrətli dövlətə çevrilib. Müasir dövrün gəncləri bu tarixi öyrənməlidirlər.

Tədbir müzakirələrlə davam etdirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM