Söz güclü silahdır
Cəbhə zonasında erməni təxribatları mütəmadi olaraq davam edir və ölkəmiz hələ də müharibə şəraitindədir. Müharibənin isə yazılmamış qanunları var. Təkcə cəbhədə döyüşən əsgərlər deyil, yaşından, vəzifəsindən, dini baxışlarından, siyasi əqidəsindən asılı olmayaraq hər kəs qələbə naminə üzərinə düşən vətandaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Elə aprel döyüşlərinin nəticələri də bir daha göstərdi ki, xalqımız vahid məqsəd, amal ətrafında yumruq kimi birləşməyi bacarır.
Bu gün düşmənlə eyni zamanda ideoloji müharibə gedir. İnformasiya-ideologiya müharibəsində söz-fikir, əsaslı fakt, tutarlı arqument böyük təsirə malikdir. Bu, bir danılmaz həqiqətdir ki, Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında ədəbiyyat, incəsənət, mətbuat işçiləri öz fəaliyyətləri ilə cəbhədə döyüşən əsgərlərdən heç də az xidmət göstərməmişlər. Müharibənin ilk günlərindən böyük şairimiz Səməd Vurğunun “Müsəlləh əsgərəm mən də bu gündən” deyərək qələmini süngüyə çevirməsi bu gün hər bir yaradıcı şəxs üçün örnək, nümunə olmalıdır.
Doğrudur, vətənpərvərlik mövzusunda yeni şeirlər, poemalar yazılır, mahnılar bəstələnir, kino-filmlər çəkilir. Fədakar jurnalistlərimiz də düşmən gülləsindən qorxub-çəkinmədən ön cəbhədə olur, igid əsgərlərimizlə görüşərək reportajlar hazırlayırlar. Lakin açıq etiraf edilməlidir ki, bəzi hallarda mötəbər mənbələrə əsaslanmayan, həqiqətə uyğun gəlməyən, necə deyərlər, şayiələrdən qaynaqlanan məlumatlara, qeyri-obyektiv yazılara da rast gəlinir. Bunlar düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Bu sözləri ilk növbədə sosial şəbəkələrə, öz vətəndaşlıq mövqeyini dərk etməyən saytların sahiblərinə, cızma-qaraçılara şamil etmək olar. Onların cəmiyyətə sırıdıqları əsassız, yalan informasiyalar bəzən çaşqınlıq yaratdığından belə əməllərin sahibləri müharibə dövrünün qanunları ilə məsuliyyət daşımalıdırlar. Təkcə ədiblər, şairlər, KİV təmsilçiləri, informasiya daşıyıcıları deyil, hər bir vətəndaş düşmənin məkrli olduğunu, belə üsullarla ictimai rəyə təsir göstəmək, bir sözlə, öz çirkin ideoloji məqsədlərini həyata keçirmək üçün daxili auditoriyanın özündən istifadə etməyə çalışdığını unutmamalıdır. Buna görə də hər birimiz sözün çəkisini bilməli, məsuliyyətimizi dərk etməliyik. Necə deyərlər, yazılan, ağızdan çıxan hər sözü, kəlməni gülləyə çevirib düşmənə tuşlamalıyıq!
Elbrus MƏMMƏDOV,
Bərdə rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!