Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:04 29.04.2017

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu dedi və paytaxtımızda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirdi. Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxundu, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını dedi. Dövlətimizin başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.

Görüş zamanı ölkələrimiz arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olundu.