Alternative content

01:46 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Milli Məclisdə olub
Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
07:04 25.04.2017

Aprelin 25-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Lara Kominin ölkəmizə səfərinin əhəmiyyətindən danışan sədr bu səfərin Avropa Parlamenti ilə Milli Məclis, həmçinin Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Sədr diqqətə çatdırıb ki, Milli Məclis ilə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir.
Azərbaycan ilə İtaliya arasında da yaxşı əlaqələrin olduğunu deyən Oqtay Əsədov bu əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və hər iki tərəfin maraqlarına xidmət etdiyini xüsusi vurğulayıb.
Lara Komi diqqətə çatdırıb ki, son zamanlar Azərbaycan ictimaiyyətinin güclü səsi və qəbul olunmuş qətnamələrin mahiyyəti Azərbaycan diasporunun güclü olduğunu sübut edir.
Qonaq ölkəmizdə olduğu bir neçə gün ərzində keçirdiyi görüşləri məhsuldar hesab etdiyini və bundan məmnunluğunu bildirib. Qeyd edib ki, belə görüşlər reallığı dəyərləndirmək baxımından çox önəmlidir və mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.