Alternative content

16:53 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstriya səfiri: Azərbaycanla turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür
Avstriya səfiri: Azərbaycanla turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür
ANA SƏHİFƏ / Turizm
12:04 25.04.2017

 

Avstriya Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verməkdə maraqlıdır. Hələlik ölkələrimiz arasında ticarət dövriyyəsinin ümumi həcmi 220 milyon avrodur. Lakin bu, mövcud potensialı əks etdirmir. Hazırda siyasi münasibətlərimiz imkan verir ki, biz ölkələrimiz arasında iqtisadi əlaqələri daha da gücləndirək. Xüsusən Azərbaycan ilə turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi zamanı səsləndirib.

Səfir bildirib ki, ölkəsi yüksək təhsilə, qabaqcıl texnologiyalara və güclü iqtisadiyyata malikdir. Avstriyanın şəhərsalma, şəhər infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin göstərilməsi sahəsində böyük təcrübəsi var. Həmçinin ölkə aqrar sektorun bir çox sahələrinin inkişafına görə də dünya miqyasında ön sıralardan birini tutur.

Qeyd edilib ki, Avstriya ölkəmizdə müasir tipli aqroparkların qurulmasında, aqrar-sənaye komplekslərində yüksək idarəçiliyin təşkilində, kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında, ölkəmizə cins mal-qaranın, aqrar texnologiya və avadanlıqların ixracında və sənaye sahələrinin modernləşdirilməsində maraqlıdır.

Avstriyanın göllər diyarı olduğunu və turizm sektorunun bu ölkədə inkişaf etdiyini deyən səfir Aksel Vex bildirib ki, Azərbaycanda dağ-xizək turizminin inkişaf etdirilməsi, Göygöl və ətraf ərazilərdə turizm infrastrukturunun yaradılması, turizm üzrə mütəxəssislərin hazırlanması, eləcə də bu sektorda xidmətlərin göstərilməsində birgə əməkdaşlığın qurulması mümkündür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM